-1 C
Baku
Sunday, December 15, 2024

Bakı aeroportu ilə sərnişindaşıma 40% artıb

2024-cü ilin 6 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi əhəmiyyətli şəkildə artaraq 3,388 milyon nəfərə çatıb. Bu, 2,423 milyon sərnişinin daşındığı ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur. Bu dövr ərzində Bakı aeroportu 17-si aşağıbüdcəli (loukoster) olmaqla, 38 aviaşirkət tərəfindən yerinə yetirilən 27,6 min reysə xidmət göstərib.

Banker.az xəbər verir ki, beynəlxalq marşrutlarda 3,045 milyon sərnişin daşınıb. Ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Tbilisi, Dubay və Əbu-Dabi şəhərləri olaraq qalır ki, burada 6 ay ərzində 1,537 milyon sərnişinə xidmət göstərilib.

Naxçıvan marşrutu üzrə isə AZAL aviaşirkəti tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çox – 350 min sərnişin daşınıb.

2024-cü ilin yanvar-iyun aylarında tranzit sərnişinlərin sayı 142% artaraq 192 min nəfərdən çox olub. Tranzit sərnişinlərin sayı ötən ilin iyun ayı ilə müqayisədə 4,5 dəfə artaraq 57,7 min nəfər olub.

Son xəbərlər
Digər xəbərlər