Dəmir yollarının Yevlax–Bərdə sahəsində xətlər və keçidlərin əsaslı təmirinə başlanması ilə əlaqədar Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bu marşrut üzrə Bakıdan və Ağdamdan sonuncu səfərlər 9 və 10 may tarixlərində həyata keçiriləcək.
Məlumata görə, Yevlax-Bərdə xəttinin əsaslı təmiri ilə Bakı-Ağdam və Ağdam-Xankəndi istiqamətləri üzrə səfərlər daha sürətli, təhlükəsiz və dayanıqlı təşkil ediləcək.
Hazırda, ADY tərəfindən Ağdam-Xankəndi dəmir yolunun və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi intensiv şəkildə davam etdirilir.







