12 C
Baku
Wednesday, December 11, 2024

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam olunub

Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam olunub.

Bunlar rayon məhkəmələrinin hakimləri – Mahirə Kərimova, Fəxri Məmmədov və Anar Sadıqovdur.

Məhkəmənin spiker hakimi Telman Hüseynov bildirib ki, sözügedən hakimlər iş yükünün yüngülləşdirilməsi ilə bağlı ezam olunublar:

“Hakimlərimizdən birinin vəfat etməsi, üç hakimin isə yaşla bağlı təqaüdə çıxacağı ilə bağlı məhkəmədə vakant yerlər yaranmışdı. Bununla bağlı belə qərar qəbul edilib ki, iş yükünün yüngülləşdirilməsi ilə bağlı rayon məhkəmələrindən üç hakim fəaliyyətini burada davam etdirsinlər. Artıq onların icraatına cinayət işləri verilib”.

Qeyd edək ki, Mahirə Kərimova Binəqədi, Fəxri Məmmədov Qazax, Anar Sadıqov isə Xaçmaz Rayon Məhkəməsinin hakimidir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər