23 C
Baku
Wednesday, May 29, 2024

Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi məsuliyyətə cəlb olunub

Fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək, 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.

Bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında bildirilib.

Qeyd olunub ki, qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı ağır cinayətlər məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər