“Bu gün biz Bakı Ali Neft Məktəbində təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının Yataqxana borclarını ləğv etdik”.
Bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öz Facebook hesabında yazır.
Rektor deyib ki, bunu eyni zamanda, bu tələbələrin ümumiyyətlə Yataqxanamızda BANM hesabına qalmaları haqqında qərar qəbul ediblər.
Qeyd edək ki, Azərbaycanda cari ilin 27 sebtyabrnda Ermənistan işğalına qarşı müharibədə Türkiyə və Pakistan mənəvi dəstək ifadə edən bəyanatlar veriblər. Bu bəyanatların ardından ölkənin bir çox yerlərində Azərbaycan bayrağı ilə yanaşı, bərabər olaraq Türkiyə və Pakistanın bayraqlarını dalğalandırırlar.