Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mərkəzi serverlərində onlayn bilet satışı prosesinin təkmilləşdirilməsi üçün texniki-profilaktik işlər həyata keçiriləcək.
Bu barədə Kompleks məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və onlayn bilet satışı prosesinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq bu gün saat 22:00-dan sabah saat 00:00-a qədər texniki-profilaktik işlər həyata keçiriləcək.
“Profilaktik işlər zamanı “avtovagzal.az” saytının fəaliyyətində fasilələr yarana bilər. Yaranacaq müvəqqəti narahatlığın vətəndaşlar tərəfindən anlayışla qarşılanacağına ümid edirik”, – deyə Kompleks bəyan edib.