6 C
Baku
Sunday, December 15, 2024

Bakı bulvarı eyni şirkətdən daha 3 açıq məkan monitoru aldı – Bu qiymətə başa gələcək

“Dənizkənarı Bulvar İdarəsi” Publik hüquqi şəxsi “Azon Plus” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə açıq məkan üçün 3 ədəd bir tərəfli LED reklam daşıyıcılarının satın alınması nəzərdə tutulub.

Monitorların alışı Bakı bulvarına 193 min 355 min manata başa gələcək.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində “Dənizkənarı Bulvar İdarəsi” eyni şirkətdən 2 ədəd monitorun alınmasına 291 493 manat ödəyib.

Bildirək ki, “Azon Plus” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.

Son xəbərlər
Digər xəbərlər