“Bakı Fond Birjası” QSC 2021-ci ili 270 min manat zərər edib.
Bu barədə Banker.az birjanın illik maliyyə hesabatına istinad edir.
Hesabata görə, fondun əqdlər üzrə tarif gəlirləri azalaraq 1.88 mln. manata düşüb. 2020-ci il üzrə bu 2.2 mln. manat idi.
Zərər etməsinə səbəb isə əməliyyat xərclərinin artaraq 1.86 milyon manatdan 2.27 mln. manata qədər yüksəlmədir.
Qeyd edək ki, 2020-ci ildə 826 min manat xalis mənfəət əldə etmişdi.