-3 C
Baku
Sunday, December 15, 2024

Bakı Fond Birjasında fyuçerslərin ticarətə buraxılmasına başlanılıb

Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında fyuçers törəmə maliyyə alətlərinin ticarətə buraxılması layihəsi üzrə BFB və üzvlərindən ibarət işçi qrupu yaradılıb. 

Layihəyə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dəstək göstərilir.

Fyuçers törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə ticarətə buraxılmasının əsas üstünlüyü xarici valyuta üzərindən əməliyyat aparan bazar iştirakçıları üçün valyuta risklərinin idarə olunması və minimallaşdırılması üçün hedcinq imkanları yaratmasıdır. Maliyyə bazarlarında valyuta risklərinin azaldılmasının əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq,  fyuçers tipli alətlərin investorlar, xüsusilə banklar, tərəfindən yüksək tələbatla qarşılanması gözlənilir. Hecinq imkanları ilə yanaşı fyuçers törəmə maliyyə alətlərinin ticarəti investorlar üçün əlavə gəlir mənbəyi formalaşdırmağa şərait yaradır.

Müxtəlif növ investorlar tərəfindən fyuçers tipli yeni alətlərə marağın göstərilməsi həmçinin fond birjasında ticarət üzrə likvidliliyin artmasına və bazar qiymətlərinin daha effektiv müəyyən olunmasına səbəb olacaqdır.

Son xəbərlər
Digər xəbərlər