Bakı Fond Birjası (BFB) market meyker fəaliyyəti üzrə tələblərə dəyişikliklər edib.
Bu barədə BFB-dən verilən məlumatda bildirilir.
Əmrə əsasən, Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlar marketmeyker fəaliyyətinin predmeti kimi təsdiq olunan 1-ci qrup qiymətli kağızların siyahısına daxil edilir.
Marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi
dəyişdirilərək aşağıdakı kimi müəyyən edilir:
– 1-ci qrup qiymətli kağızlar (Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Dövlət İstiqrazları, Azərbaycan Respublikası Mərkəzi
Bankının notları, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondunun istiqrazları və Azərbaycan Respublikasının üzv olduğu
beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar) üzrə
300,000 (üç yüz min) manat;
– 2-ci qrup qiymətli kağızlar (digər emitentlər tərəfindən emissiya edilmiş
korporativ istiqrazlar və səhmlər) üzrə 50,000 (əlli min) manat.