17 C
Baku
Saturday, May 18, 2024

Bakı Fond Birjasının kapitalizasiyası azalmaqdadır – Son ayda 2.4% kiçilib

Bakı Fond Birjasında 2023-ci ilin yanvar ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1,472,068,514 manat təşkil etmişdir. Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızaları üzrə ticarət həcmində 8 %, repo əməliyyatları üzrə isə 69 % böyümə qeydə alınmışdır. Həmçinin, ötən ilə müqayisədə dövlət qiymətli kağızlar bazarının ilkin bazarı üzrə 10 % azalma qeydə alınmışdır

2023-cü ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası aylıq müqayisədə 2.4% azalaraq 4,091,686,328 manat təşkil etmişdir.  Qeyd edək ki, dekabr ayının sonuna kapitalizasiya 4,193,278,402 manat idi.

BFB-nin ticarət dövriyyəsinin cədvəli

Bazarlar / Əməliyyatlar 01.01.2023-31.01.2023 01.01.2022-31.01.2022
Əqdlərin həcmi (manatla) Əqdlərin sayı  Əqdlərin orta günlük** həcmi (manatla) Əqdlərin orta günlük sayı 
1. Dövlət qiymətli kağızları 646,863,141 248 35,936,841 13.78
1.1. İlkin bazar 493,355,353 155 27,408,631 8.61
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) 140,777,826 45 7,820,990 2.50
ARMB* qiymətli kağızları  352,577,528 110 19,587,640 6.11
1.2. Təkrar bazar 153,507,787 93 8,528,210 5.17
Dövlət istiqrazları 41,564,515 70 2,309,140 3.89
ARMB qiymətli kağızları  111,943,272 23 6,219,071 1.28
2. Korporativ qiymətli kağızlar 35,949,115 282 1,997,173 15.67
2.1. İlkin bazar 1,090,000 4 60,556 0.22
2.1.1. Səhmlər  190,000 2 10,556 0.11
2.1.2. İstiqrazlar  900,000 2 50,000 0.11
–  İpoteka istiqrazları 
–  Digər istiqrazlar 900,000 2 50,000 0.11
2.2. Təkrar bazar 34,859,115 278 1,936,617 15.44
2.2.1. Səhmlər  512,984 190 28,499 10.56
2.2.2. İstiqrazlar  34,346,131 88 1,908,118 4.89
–  İpoteka istiqrazları  15,598,613 1 866,590 0.06
–  Digər istiqrazlar 18,747,519 87 1,041,529 4.83
3. Repo əməliyyatları  789,256,258 413 43,847,570 22.94
Dövlət istiqrazları üzrə  765,838,558 390 42,546,587 21.67
ARMB qiymətli kağızları üzrə 17,687,903 7 982,661 0.39
Korporativ qiymətli kağızlar üzrə  5,729,798 16 318,322 0.89
Cəmi (1+2+3) 1,472,068,514 943 81,781,584 52.39
  –  o cümlədən: ilkin bazar     494,445,353 159 27,469,186 8.83
  –  o cümlədən: təkrar bazar  188,366,902 371 10,464,828 20.61

* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı       

** Tircarət günlərinin sayı –18 gün                       

Son xəbərlər
 ⁠
Digər xəbərlər