Bakı Fond Birjasında (BFB) yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi dəyəri 3 milyard 843 milyon 918,8 min manat təşkil edib.
BFB-dən bildirilib ki, 2019-cu ilin eyni dövrü üzrə əməliyyatların dəyəri 6 milyard 242 milyon 113,8 min manat olub. Nəticə olaraq, bu ilin yanvar-may ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 243 faiz, repo əməliyyatları üzrə isə 122 faiz artım qeydə alınıb.