7 C
Baku
Thursday, December 12, 2024

Bakı-Gəncə istiqaməti üzrə sürət qatarının tarifi məlum olub

Gələn ilin sonuna kimi Bakı-Gəncə marşrutu üzrə sürət qatarının istismara verilməsinə çalışacağıq. Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov açıqlayıb.

“Bu istiqamət üzrə qatarların sürətini 400-500 km/saat edə bilmərik, amma hər halda, 140-150 km/saat nail ola bilərik”, – deyə o, əlavə edib.

Gediş haqqına gəlincə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri deyib ki, bu qatarda tarif təxminən 15 manat təşkil edəcək.

“Sürət qatarında isə sərnişinlər üçün hər cür şərait yaradılacaq. Burada hətta ” Wi-Fi” sistemi də qurulacaq. İnsanlar 3,5 saata Gəncəyə qədər rahat gedə biləcəklər”, – deyə C. Qurbanov bildirib.

Report

Son xəbərlər
Digər xəbərlər