9 C
Baku
Thursday, December 12, 2024

Bakı-Gəncə istiqamətində yeni avtobuslar xidmətə başlayıb

Bakı-Gəncə-Bakı şəhərlərarası marşrut xəttində tam yeni “Man” və “Temsa” markalı avtobuslar xidmətə başlayıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.

Məlumata görə, məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

“Şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır”, – deyə AYNA bəyan edib.

c964bdf3 d5f5 3336 b074 544a4474d12f 850

961bbdfe 37f7 373f 8e8c 69c0ac057272

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər