Bakı-Gəncə sürət qatarının hərəkəti dayandırılır.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.
Qeyd edilib ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkəti Bakıdan və Gəncədən 19.03.2020-ci il tarixdən 29.03.2020-ci il tarixədək dayandırılır.
Bundan əlavə, Bakıdan 19.03.2020-ci il tarixdən 29.03.2020-ci il tarixədək, geriyə isə 20.03.2020-ci il tarixdən 30.03.2020-ci il tarixədək aşağıdakı qatarların hərəkəti dayandırılır:
– Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı
– Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı
– Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı
– Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı
– Bakı-Yalama-Bakı elektrik qatarı
– Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı
Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.
Martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək
©Trend