20 C
Baku
Friday, May 3, 2024

Bakı İcra başçısının tabeliyindəki şirkətdən 28 milyon manatlıq müqavilə

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 5 müqavilə bağlayıb.

Planet Construction MMC ilə bağlanmış 2 müqavilədə Sabunçu rayonu, Zabrat qəsəbəsində 307 saylı tam orta məktəb üçün əlavə 15 sinif otaqlı korpusun tikintisinin davam etdirilməsi və Sabunçu rayonu, Zabrat qəsəbəsi 307 saylı tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulur. Müqavilələrin dəyəri 1 325 304 manat və 3 828 096 manatdır.

Hidro Construction MMC ilə bağlanmış müqavilədə Xətai rayonu 263 nömrəli tam orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşasının davam etdirilməsi nəzərdə tutulur. Müqavilənin dəyəri isə 11 642 635 manatdır.

Kəçər İnşaat MMC ilə bağlanmış müqavilədə Nəsimi rayonu 35 nömrəli tam orta məktəbin köhnə koprusunun sökülüb yenidən inşasının davam etdirilməsi nəzərdə tutulur. Məbləği isə 2 841 654 manatdır.

“GM Construction” MMC ilə bağlanmış müqavilədə “Suraxanı rayonu, Əmircan qəsəbəsində 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülərək 1752 şagird yerlik yeni korpusların tikintisinin davam etridirilməsi”nin satınalınması nəzərdə tutulur. Məbləği isə 8 468 888 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər