16 C
Baku
Thursday, April 25, 2024

Bakı İdman Sarayının direktoru işdən çıxarılıb

Bakı İdman Sarayının direktoru Cəlalət Kazımova tutduğu vəzifədən azad olunub.

Bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Hələlik sarayın direktoru vəzifəsinə yeni təyinat yoxdur.

Məlumatı nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev “Report”un sorğusuna cavab olaraq təsdiqləyib. O, C.Kazımovanın öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.

Qeyd edək ki, Cəlalət Kazımova AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti və “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun anasıdır.

Bakı İdman Sarayı (əvvəlki adı Əl Oyunları Sarayı – red.) 1974-cü ildə inşa olunub. Həmin vaxtdan idman qurğusuna əvvəlcə Z.Axundovun atası Asif Axundov, daha sonra Cəlalət Kazımova rəhbərlik edib.

Xəzər dənizi sahilindəki Bakı Bulvarının ətrafında yerləşən Bakı İdman Sarayında indiyədək həndbol, badminton, cüdo, futzal, güləş, stolüstü tennis, taekvondo və voleybol növlərində ölkədaxili və beynəlxalq yarışlar keçirilib. Arenada nüfuzlu yarışlardan güləş üzrə Qızıl Qran-Pri turniri, Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV-cü İslam Həmrəyliyi Oyunları təşkil olunub.

 

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər