7 C
Baku
Thursday, December 12, 2024

Bakı “İnter”inin aktivləri açıqlandı

“İnter Peşəkar İdman Klubu” MMC-nin məcmu aktivlərinin həcmi açıqlanıb. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cari ilin birinci yarısına aid konsolidasiya olunmuş audit hesabatına istinadən xəbərə görə, klubun məcmu aktivlərinin həcmi 28 milyon 296 min manatdı.

Qeyd edək ki, 30 iyun 2016-cı il tarixinə “İnter Peşəkar İdman Klubu” MMC-nin səhmlərinin 100%-i “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsusdu.

Cari ilin yanvarında kredit sazişinin tənzimlənməsi çərçivəsində bank klubun səhmlərinin 100%-nə sahib çıxıb. Məlumatda deyilir ki, klubun aktivlərinin əsas hissəsini Bakıda yerləşən stadion (“İnter Arena” – red.) təşkil edir.

APA Sport

Son xəbərlər
Digər xəbərlər