Paytaxtın ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-nin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, şirkətə Allahverdiyev Məmməd Ənvər oğlu direktor təyin edilib.
O bu vəzifədə Bayramov Orxan Xanlar oğlunu əvəz edib.
Bundan öncə rəhbər olmuş şəxslər isə Kərimli Nərmin Şahlar qızı və Əliyev Əli Rəşid oğlu olub.
Qeyd edək ki, “K Group” 2014-cü ildə yaradılıb və nizamnamə kapitalı 23 milyon manatdır.