10 C
Baku
Thursday, December 12, 2024

“Bakı Kristal Zalı”na büdcədən 2,9 mln. pul ayrılır

Gələn ilin büdcəsindən “Kristal Hall” üçün 3 milyon manata yaxın pul ayrılıb.

Banker.az xəbər verir ki, 2020-ci ilin büdcə zərfinə əsasən, “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2 900 000 (iki milyon doqquz yüz min) manat pul ayrılıb.

Bundan başqa, büdcə zərfinə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına 9 235 116 manat pul ayrılması nəzərdə tutulub.

2020-ci ilin xərclərində diqqət çəkən məqamlardan biri də budur ki, Azərbaycan Dövlət Turizm Agentliyinə ayırılan məbləğdir. Büdcə zərfinə əsasən, Agentliyə 1 752 940 manat ayırılacaq.

Son xəbərlər
Digər xəbərlər