7 C
Baku
Thursday, December 12, 2024

Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 26% artıb

Bu ilin I yarısında Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25.8 % artaraq 18 376 ədədə çatıb.

Banker.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

Məlumata görə, vaqon yükləri illik yükaşırma gücü 6.2 mln. ton olan Bərə terminalı vasitəsilə daşınır. Bu terminalda vaqonlar yükü boşaldan avadanlığa ehtiyac qalmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülə bilir. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Bu terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və s. nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri də yüklənilə bilər.

Son xəbərlər
Digər xəbərlər