1 C
Baku
Saturday, December 14, 2024

Bakı Limanında Gübrə terminalı tikilir – illik yükaşırma gücü 2.5 milyon ton

Bu ilin I yarısında Bakı Limanında 666 min yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15.7 % çoxdur.

Banker.az “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir ki, liman vasitəsilə daşınan quru yükün əsas hissəsini Mərkəzi Asiya ölkələrindən Gürcüstan, Türkiyə və bir sıra Avropa ölkələrinə göndərilən gübrə məhsulları təşkil edir.

Eyni zamanda, hazırda Bakı Limanında illik yükaşırma gücü 2.5 milyon ton Gübrə terminalının da tikintisi həyata keçirilir ki, bu terminalın da fəaliyyətə başlaması ilə ölkəmizdən tranzit keçməklə daşınan gübrə məhsullarının həcmində əhəmiyyətli dərəcədə artımın olacağı proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər