21 C
Baku
Monday, April 29, 2024

Bakı Limanında konteyner aşırılması 32% artıb

Bakı Limanında 2022-ci ilin 6 ayı üzrə aşırılan konteynerlərin həcmi 31.8% artıb.

Banker.az Bakı Limanına istinadən xəbər verir ki, ötən ilin ilk 6 ayı ərzində Liman vasitəsilə TEU ekvivalentində 21 124 ədəd konteyner aşırılmışdı, 2022-ci ilin eyni dövründə isə bu rəqəm 27 844 ədəd olub.

Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən Bakı Limanında 2018-ci ildə Bakı 22 887 ədəd konteyner, 2019-cu ildə 35 024 ədəd, 2020-ci ildə 40 345 ədəd, 2021-ci ildə isə 45 025 ədəd konteyner aşırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər