“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, Bakı Limanının vergi borcu 469 641 manatdır. Bu 27.04.2022-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.