2 C
Baku
Saturday, December 14, 2024

“Bakı Metropoliteni” texniki nəzarət üçün 18 milyon manat xərcləyəcək

“Bakı Metropoliteni” QSC “Superior Products Caspian” MMC ilə 18 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Bakı Metropoliteni” QSC-nin tunellərində korroziya əleyhinə mühafizə üzlüklərinin çəkilməsi zamanı texniki nəzarət xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 18 025 680 manatdır.

Qeyd edək ki, “Superior Products Caspian” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 50 manatdır və qanuni təmsilçisi Rüfət Abdullayevdir.

Son xəbərlər
Digər xəbərlər