10 C
Baku
Thursday, December 12, 2024

Bakı Metropoliteni “Xocasən” deposunun abadlaşdırılmasına 1 milyon manat xərcləyəcək

“Bakı Metropoliteni” QSC bənövşəyi xəttinə aid “Xocasən” elektrik deposunun müxtəli tikililərində kondinsioner sisteminin, qapı-pəncərələrin quraşdırılmasına 1 milyon manatdan artıq pul xərcləyəcək.

Banker.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC “GSS.AZ” MMC və “Almetcon” MMC ilə müqavilə bağlayıb.

“GSS.AZ” MMC ilə bağlanmış müqavilədə “Xocasən” elektrik deposunun Motovoz sexində, B-DA-00 yarımstansiyasında, vestübildə və texniki otaqlarda kondinsioner sisteminin quraşdırılmasını nəzərdə tutulur. Müqavilənin məbləği 428 min 539 manatdır.

“Almetcon” MMC ilə bağlanmış müqavilədə isə “Xocasən” elektrik deposunda müxtəlif tikililərin aluminium profil və şüşə paketdən qapı-pəncərələrin, fasad vitrajının, arakəsmələrin, paslanmayan metaldan “M” tipli qapıların hazırlanıb quraşdırılması və fasadın kompozit dekorativ material ilə üzlənməsi işlərini nəzrdə tutulur. Müqavilənin məbləği isə 610 min 178 manatdır.

Onu da qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur. 10 noyabr 2020-ci il tarixinə qədər “Bakı Metropoliteni” QSC-nin vergi borcu 9 milyon 233 min 487 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər