9 C
Baku
Thursday, December 12, 2024

“Bakı Metropoliteni”ndən 2 milyon manatlıq sifariş

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 4 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “A-Z Global Trading Network” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs, “Aze Test Təcrübə Sınaq” MMC və “Leading Supply Solutions” MMC-dir.

“A-Z Global Trading Network” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilədə “Bakı Metropoliteni” QSC üçün abraziv qumun satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 39 412 manatdır.

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs ilə bağlanmış müqavilədə Ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 1 371 808 manatdır.

“Aze Test Təcrübə Sınaq” MMC ilə bağlanmış müqavilə Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi xidmətinin satın alınmasından ibarətdir. Müqavilənin dəyəri 4 380 manatdır.

“Leading Supply Solutions” MMC ilə bağlanmış müqavilə isə “Bakı Metropoliteni” QSC Depo-1 və “Elmlər akademiyası” stansiyası ərazisində aparılacaq təmir, abadlıq işləri üçün tələb olunan mal-materialların satın alınmasından ibarətir. Bu müqavilənin məbləği isə 258 568 manatdır.

Son xəbərlər
Digər xəbərlər