27 C
Baku
Sunday, April 28, 2024

Bakı metrosu noyabrda 20 milyondan çox sərnişin daşıyıb

2023-cü ilin noyabr ayında Bakı metropoliteni 20 milyon 227 min 18 sərnişin daşıyıb. Bunlardan 516 min 706 nəfəri güzəştli sərnişinlər olub.

Banker.az Bakı metropoliteninə istinadən xəbər verir ki, orta statistik hesabla gün ərzində 674 min 234 sərnişinə daşıma xidməti göstərilib. Noyabrın 20 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 775 min 419 nəfər, 10 qeyri-iş günündə 471 min 865 nəfər olub.

2023-cü ilin noyabrında Bakı metropoliteni tarixində ən çox sərnişin daşınan 2019-cu ilin eyni dövrünə nəzərən 6.3 faiz az, əvvəlki – 2022-ci ilin həmin ayı ilə müqayisədə 0.9 faiz və ya 183 min 313 sərnişin çox daşınıb.

2023-cü ilin 11 ayı ərzində Bakı metropolitenindən 5 milyon 703 min 758-i güzəştli olmaqla, 198 milyon 202 min 447, orta statistik hesabla gündəlik 593 min 421 sərnişin istifadə edib. İllərin eyni dövrlərinin müqayisəsinə nəzər salanda, bu 2019-cu ilin 11 ayından 7.3 faiz az, 2022-ci ilin həmin müddətindən isə 5.8 faiz çox sərnişin metropolitenin daşıma xidmətindən yararlanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər