9 C
Baku
Friday, December 13, 2024

Bakı metrosunda problem yarandı, siqnal işə düşdü

Yaşıl xətt üzrə “28 May-Nizami” mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb.

Bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən maşinist qatarı saxlayaraq, idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib:

“Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib.

Bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq.

İlkin ehtimala görə, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb”.

Qeyd edilib ki, “28 May”dan hər hansısa problem olmadan çıxıb. Siqnal tuneldə işə düşüb:

“İstənilən halda və problem olmasa belə, müvafiq təlimat və digər texniki-normativ sənədlərin tələblərinə uyğun araşdırma aparılır”.

Əlavə edilib ki, sözügedən qatar yeni nəsildir.

 

 

Son xəbərlər
Digər xəbərlər