2 C
Baku
Saturday, December 14, 2024

Bakı metrosunda QR ödəniş sistemi tətbiq olunacaq

Bakı metropoliteninin sərnişinləri gediş haqlarını QR-kod vasitəsilə həyata keçirə biləcəklər.

Bunu “Baku Transit Forum 2021 Smart City” tədbirində çıxış edən “Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub.

“Metropolitenin fəaliyyətinin bərpasından sonra bu imkanlar istifadəçilərin ixtiyarına veriləcək”, – deyə E. Məmmədov qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər