Bakı metrosunda sərnişin axını artarsa, qatarların intervalı azaldıla bilər.
Banker.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sərnişin sayının mümkün artımı əvvəlcədən nəzərə alınıb və metropoliten əlavə sərnişin axınını qarşılamağa hazırdır. Bu baxımdan yüklənmə təhlükəsi gözlənilmir.
B.Məmmədov qeyd edib ki, hazırda “Avtovağzal”–“8 Noyabr” istiqamətində qatarlar 5 dəqiqə, “Xocəsən”–“Avtovağzal” istiqamətində isə 10 dəqiqə intervalla hərəkət edir. Ehtiyac yaranarsa, texniki imkanlardan istifadə olunaraq intervallar azaldıla bilər.
Yaşıl xəttdə isə qatarlararası interval hazırda 3 dəqiqə 30 saniyə təşkil edir. Sərnişin axını artdığı halda bu müddətin 3 dəqiqəyə endirilməsi mümkündür.
Qurum rəsmisi əlavə edib ki, Bənövşəyi xəttdə hazırda beşvaqonlu qatarlar istismar olunur. Xətt yedd vaqonlu qatarların hərəkəti üçün də nəzərdə tutulduğundan, artan sərnişin tələbatına uyğun çevik qərarlar qəbul etmək imkanı mövcuddur.







