3 C
Baku
Saturday, December 14, 2024

Bakı metrosunun Rusiyadan aldığı qatarların ölkəyə gətirilməsi təxirə düşüb

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı yeni qatarların ölkəyə gətirilməsi bu ilin sonuna qədər təxirə salınıb.

Bu barədə Bakı metrosundan bildirilib.

Qurum bəyan edib ki, Rusiya tərəfi ilə aparılmış sonuncu danışıqlara əsasən, yeni alınacaq qatarların istehsalının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub: “2019-cu ildə bağlanmış müqaviləyə əsasən, 2022-ci ildə “Metrovaqonmaş” Bakı metrosu üçün hər biri 5 vaqondan ibarət olan müasir tipli 4 qatar istehsal etməlidir. Regionda mövcud vəziyyət nəzərə alınaraq, “Bakı Metropoliteni” vaqonların istehsalı ilə bağlı məsələni qarşı tərəflə müntəzəm və hərtərəfli müzakirələrdə diqqətdə saxlayır. Bu xüsusda “Metrovaqonmaş” 4 qatarın Bakı metropoliteninə təhvil verilməsi üzərində iş aparır və uzun illərin qarşılıqlı səmərəli əməkdaşlıq ənənələrinə uyğun olaraq, bunun üçün bütün imkanlarından istifadə etməyə çalışır”.

Xatırladaq ki, sözügüdən qatarlar avqustun 1-nə qədər təhvil verilməli idi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər