8 C
Baku
Friday, March 29, 2024

Bakı metrosunun vaqonların təmirinə 3 milyon manat yönəldəcək

“Bakı Metropoliteni” QSC vaqonların təmiri üçün şirkət, eləcə də yolun üst quruluşunun elementlərinin tədarükçüsünü seçib. Bu barədə cəmiyyətdən məlumat verilib.

““Bakı Metropoliteni” QSC-nin istismarda olan metro vaqonlarının ön görünüşünün dəyişdirilməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması üzrə açıq tenderin qalibi “Nəqliyyat Təmir-təchizat” MMC olub və onunla 2 milyon 88 min manat dəyərində müqavilə bağlanıb.

Yolun üst quruluşunun elementlərinin satın alınması üzrə “Azərtranss” MMC və “VSP Komplekt “ MMC qalib elan olunub. “Azertranss” ilə 243 min 932 manat, “VSP Komplekt” ilə 354 min manat dəyərində müqavilələr bağlanıb.

Hər üç müqavilənin ümumi dəyəri 2 milyon 933 min 575 manatdır.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir.

Son xəbərlər
Digər xəbərlər