Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs “SM Construction Supplies” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bağlanmış müqavilənin dəyəri 2 340 394 manatdır.
Müqavilədə Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması, Mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması, habelə, yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması nəzərdə tutulur.