12 C
Baku
Thursday, March 28, 2024

Bakı Nəqliyyat Agentliyində 220 milyon manata yaxın zərər yığılıb

Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyi 2020-ci ili 98 milyon 724 min manat zərərlə başa vurub. 2019-cu ildə Agentliyin zərəri 76 milyon 448 min manat təşkil edib ki, bu da illik müqayisədə ötən il zərərin 29% artması deməkdir. 31 dekabr 2020-ci il tarixinə isə yığılmış zərəri 219 milyon 354 min manat olub.

Banker.az bu barədə Agentliyin maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvarın 1-nə BNA-nın aktivləri 543 milyon 275 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 14% çoxdur. Agentliyin öhdəlikləri 31% artaraq 8 milyon 218 min manat, kapitalı isə 14% artaraq 535 milyon 57 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər