26 C
Baku
Saturday, July 27, 2024

Bakı-Naxçıvan reyslərinin sayı artırılıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını artıraraq gündə 10 dəfəyə çatdırıb.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, aviaşirkət ehtiyac olduqda sərnişinlərin tələbini ödəmək üçün əlavə uçuşlar həyata keçirməyə hazırdır. Bundan əlavə, aviaşirkət Bakıdan Naxçıvana və ya əks istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir.

 

Son xəbərlər
Digər xəbərlər