15 C
Baku
Thursday, May 16, 2024

Bakı-Quba avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrlik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq avqustun 26-da saat 01:00-dan 07:00-dək hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda həmin hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər