17 C
Baku
Monday, May 6, 2024

Bakı sakininin zirzəmidə basdırdığı 150 min manat oğurlanıb

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər