10 C
Baku
Thursday, December 12, 2024

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda yerüstü piyada keçidi tikilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18,5-ci kilometrində inşa olunan yerüstü piyada keçidini istismara verib.

Banker.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilir ki, piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağı tikilib.

İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40,4 metr, aşırım hissəsinin uzunluğu 33 metr, eni 3,5 metr, pilləkənlərin eni 3 metr yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.

Keçiddə lift sistemləri və videomüşahidə qurğuları quraşdırılıb.

Qeyd edək ki, bir müddət öncə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14,9-cu kilometrində daha bir yerüstü piyada keçidi inşa olunub.

Hazırda sözügedən magistral yolun 20,2 və 25-ci kilometrlik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda 21,4-cü kilometrlik hissədə yeni keçidin tikintisi üçün sənədləşmə işləri aparılır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidləri inşa olunacaq.

Son xəbərlər
Digər xəbərlər