15 C
Baku
Tuesday, November 19, 2024

Tariyel İsmayılov sığorta şirkətinin rəhbərliyinə seçildi

“Bakı Sığorta” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Sığorta Şirkətinin səhmdarlarının qərarı ilə İsmayılov Tariyel İsrayıl oğlu üzv seçilib.

T.İsmayılov hazırda sığorta şirkətinin əsas səhmdarı olan “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədridir.

Sonuncu dəfə Məmmədov Cəmil Böyükağa oğlu sığorta şirkətinin səhmdarlarının qərarı ilə Direktorlar Şurasının üzvü vəzifəsindən çıxarılmışdı.

Direktorlar Şurasının sədri Quliyev Elçin Saday oğludur.

18 yanvar 2023-cü il tarixində “Bakı Sığorta” ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirlməsi planlaşdırılmışdı.

Xatırladaq ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları 51.29%-i Bank Respublika, 19.76%-i Toyota Absheron Center Şirkəti, 6.97%-i Murad Rəhimov, 6.93%-i Behbud Nəcəfov, 6.84%-i Yeni Motor Şirkəti, 6.68%-i Ekolizinq Şirkəti, 1.53%-i Diamond Motors Şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər