16 C
Baku
Friday, April 26, 2024

“Bakı Sığorta” Azərbaycan İnvestisiya Holdinqinin avtomobillərini sığortalayacaq

Azərbaycan İnvestisiya Holdinqi publik hüquqi şəxs “Bakı Sığorta” ASC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan İnvestisiya Holdinqinin balansındakı xidməti avtomobillərin kasko sığortası xidməti nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 165 manatdır.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib.

“Azərbaycan İnvestisiya Holdinqi” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər