18 yanvar 2023-cü il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Bakı Sığorta” ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, bu barədə şirkətin İdarə heyəti məlumat yayıb.
İclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün “Bakı Sığorta” ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Gülüstan Residence” Kompleksinin 2 saylı binasının 3-cü mərtəbəsində), həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət etmək olar.
Xatırladaq ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.