5 C
Baku
Saturday, December 14, 2024

“Bakı Sığorta” şirkəti “Azərsığorta”nı məhkəməyə verib

Azərbaycanda iki sığorta şirkəti arasında mübahisə işi məhkəməyə aparıb çıxarıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Bakı Sığorta” ASC dövlətə məxsus olan “Azərsığorta” şirkəti ilə bağlı iddia qaldırıb.

Sığorta şirkəti “Azərsığorta” kimi tanınan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məhkəmənin predmeti, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Mülki Məcəllənin 59-cu fəsli)

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.9 milyon manatdır. Şirkətin səhmləri “Bank Respublika” ASC-yə (51.29%), “Toyota Absheron Center” MMC-yə (9.38%), “Subaru Azərbaycan” MMC-yə (9.38%), “Yeni Motor” MMC-yə (9.38%), Murad Rəhimova (6.97%), Behbud Nəcəfova (6.93%) və “Ekolizinq” MMC-yə (6.68%) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər