4 C
Baku
Sunday, February 25, 2024

Bakı-Sumqayıt “Ekspres” qatarları ötən həftə 6 mindən çox sərnişin daşıyıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı “Ekspres” qatarları ötən həftə 6 mindən çox sərnişin daşıyıb.

Bu barədə ADY-nin məlumatında bildirilir.

“Bu, həftəiçi əlavə olaraq gündəlik 1 000-dən çox sərnişinin təhlükəsiz mənzil başına çatdırılması deməkdir”, – deyə məlumatda qeyd olunub.

Ekspres qatarlar heç bir aralıq dayanacaq və stansiyada dayanmadan gün ərzində 2 dəfə Bakıdan birbaşa Sumqayıta və əks istiqamətdə hərəkət edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər