14 C
Baku
Thursday, March 28, 2024

Bakı, Sumqayıt, Lerik və Sabirabadda bu məkanlar cərimələndi

2022-ci il martın 15-də ölkə üzrə 223 ictimai iaşə obyektində 406 monitorinq keçirilib. Monitorinqlərin məqsədi pandemiya sahəsində qanunvericiliyin icrasına nəzarət etməkdir. Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:

1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 81/13 ünvanında yerləşən, hüquqi şəxs “Shazelı Group” MMC-yə məxsus “Pak Dad” restoranı;

2. Sumqayıt şəhəri, 16 mkr, ev 130b ünvanında yerləşən, fiziki şəxs Tağıyev Qayıb Bayram oğluna məxsus “Şam” restoranı;

3. Lerik rayonu, Nizami küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Ədail Zöhrab oğluna məxsus yeməkxana;

4. Sabirabad rayonu, H. Əliyev pr., ev 1 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Hacıbala Məmmədağa oğluna məxsus kafe.

AQTA-dan bildirilir ki, bu müəssisələr barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər