Futbol üzrə Avropa çempionatının iyunun 12-də və 20-də Bakıda keçiriləcək oyunları ilə əlaqədar həmin günlər Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sürət qatarları hərəkətdə olacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Bununla belə, həmin gün qatarlar qeyri-iş günləri üçün nəzərdə tutulmuş xüsusi qrafik əsasında (məhdud sayda) hərəkət edəcək.