19 C
Baku
Tuesday, April 16, 2024

Bakı-Sumqayıt qatarının sürəti müvəqqəti azaldılıb

“Azərbaycan Dəmir Yolları” QSC paytaxtda əsən güclü küləyi nəzərə alaraq Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sürətinin azaldılması barədə qərar qəbul edib.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Bu səbəbdən ötən gün axşam və bu gün səhər saatlarında qatarların hərəkətində qısamüddətli ləngimə olub. Hazırda isə qatarlar cədvəl üzrə hərəkət edir”, – qurum bəyan edib.

Son xəbərlər
Digər xəbərlər