9 C
Baku
Friday, December 13, 2024

Bakı-Sumqayıt qatarlarında “Apple pay” və “Google pay”lə ödəniş yenidən aktivləşdirilib

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) “Visa” bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.

Bu barədə səhmdar cəmiyyətinin məlumatında bildirilir.

Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər