19 dekabr 2025-ci il saat 11:00-da “Bakı Tələbat Qabları” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
1. Yeni direktorun seçilməsi.
2. Digər məsələlər.
Ümumi yığıncaqda səhmdarların iştirakı vacibdir.
Ünvan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 2578-ci məhəllə, 903-cü döngədir.
Bakı Tələbat Qabları zavodu Açıq Tipli Cəmiyyətdir. Zavod 2004-cü ildən özəlləşdirilərək ASC-yə çevrilmişdir və 2007-cı ildən istehsal fəaliyyətinə başlamışdır. Şirkətin nizamnamə kapitalı 756 806 AZN-dir və qanuni təmsilçisi Sadiq Kazımovdur.







