5 C
Baku
Friday, February 23, 2024

Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft nəqli bu il 3% azalıb

Azərbaycanda 2022-ci ilin yanvar-mart ayları üzrə Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə yükdaşınma azalıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Statistikaya görə, ilin ilk rübündə ölkə neftinin 77%-ni boru xətti ilə daşıyan BTC ilə 6 milyon 675 min ton həcmində neft nəql edilib.

Bu da öncəki illə müqayisədə 2.9% azalmadır. Belə ki, 2021-ci ilin birinci rübündə 6 milyon 877.5 min ton neft nəql edilmişdi.123131313

Bakı-Tbilisi-Ceyhan boru xətti — Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəmərdir. Uzunluğu 1 768 kilometrdir. Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106.68 santimetr), Gürcüstanda isə 46 düymdür (116.84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86.36 santimetr) enir.

1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” adlanan müqavilə imzalandı.

Son xəbərlər
Digər xəbərlər